sa sa 4756
MBBİ-də Qazaxıstan alimlərinin iştirakı ilə elmi seminar keçirilib + Foto Okt 03, 2024 | 14:29 / Seminarlar

Oktyabrın 3-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qazaxıstan alimlərinin iştirakı ilə elmi seminar keçirilib. Qazaxıstanın Almatı şəhərində yerləşən Bitki Biologiyası və Biotexnologiyası İnstitutunun əməkdaşları öncə MBBİ-nin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları və aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Daha sonra Bitki Biologiyası və Biotexnologiyası İnstitutunun Molekulyar biologiya laboratoriyasının müdiri b.ü.f.d. Glitsenko Dilyara elmi seminarda çıxış edib. Məruzəçi qeyd edib ki, onların məqsədi biotexnologiya sahəsində elmi-tədqiqatları dövlət prioritetlərinə uyğun olaraq inkişaf etdirməkdir. Buraya milli və regional elmi və elmi-texniki proqramların işlənib hazırlanması və bu proqramlarda iştirak, habelə biotexnologiya sahəsində yeni və səmərəli innovasiyaların tətbiqi daxildir. Alim fitopatogenlərin öyrənilməsi üçün və CRİSPR/Cas texnologiyasının bitkilərin xəstəliyə davamlılığının artırılması sahəsində aparılan tədqiqatlarıdan bəhs edib. Çıxış ətrafında müzakirələr aparılıb.