sa sa 3177
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin nümayəndələri MBBİ-də olublar + Foto Okt 23, 2024 | 15:07 / Mühüm hadisələr

Oktyabrın 22-də “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin nümayəndələri "Akademik Yol II" layihəsi çərçivəsində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. Layihənin məqsədi gənclərin elmi tədqiqat sahəsində marağını gücləndirmək, akademik karyera üçün vacib bacarıqlara yiyələnmək, elmi yeniliklər və tədqiqat metodları haqqında məlumatlar əldə etmək və gənc alimləri və tədqiqatçıları öz layihələrini hazırlamağa və təqdim etməyə təşviq etməkdir. MBBİ-nin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova tələbələr ilə öz dəyərli təcrübəsini paylaşıb, elmi araşdırmaların vacibliyi, elmdə uğurlu karyera qurma yolları haqqında geniş məlumat verib.