AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları, PhD Fidan Hüseynova, b.ü.f.d. Ələmdar Məmmədov və akademik İradə Hüseynovanın beynəlxalq əməkdaşlıqda apardıqları tədqiqatların nəticələrini əhatə edən “CH3-M6P sümük regenerasiyası üçün ikili funksiyaya malik potensial namizəd ola bilərmi?” adlı məqalə yüksək impact faktorlu (İF-4,1) “Biomedicines” jurnalına çapa qəbul olunub.