sa sa 336
Fotobioenergetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev Azərbaycan–NATO Dəyirmi Masasında iştirak edib Okt 30, 2024 | 09:40 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioenergetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev 28 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və NATO təşkilatlarının birgə təşəbbüsü ilə keçirilmiş Enerji Təhlükəsizliyi və Ətraf mühit üzrə Ekspertlər səviyyəsində Azərbaycan–NATO Dəyirmi Masasında iştirak edib. Tədbir iştirakçıları “Azərbaycanın və regionun Avropanın enerji təhlükəsizliyindəki rolu”, “Mühüm enerji infrastrukturunun mühafizəsi”, “İqlim dəyişikliyi və enerji təhlükəsizliyi” istiqamətləri üzrə çıxışları dinləyib, Avropanın enerji keçidinə regionun verə biləcəyi töhfələr, regionun mühüm enerji infrastrukturuna qarşı yarana biləcək təhlükələr və onların aradan qaldırılması, təhlükəsizliyin gücləndirilməsi yolları kimi məsələləri müzakirə ediblər. Müzakirə olunan digər bir problem Azərbaycanda bərpa olunan enerji istehsalına iqlim dəyişmələrinin təsiri, regionda iqlim dəyişmələrinin təsirinin azaldılması yolları olub. İclasda tanınmış ekspertlər M.Riçi, K. Rumkunayte, M. Terterov, F. Kornelin və həmçinin Z.Nağıyev, R. Verdiyev kimi Azərbaycan ekspertlərinin çıxışları maraq doğurub.