sa sa 1718
Biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova Pekində keçirilən beynəlxalq simpoziumda iştirak edib + Foto Okt 30, 2024 | 14:15 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimova Pekində keçirilən Fotosintez üzrə Beynəlxalq Simpozim 2024-də iştirak edib. Konfransın məqsədi fotosintez sahəsində qlobal nailiyyətlər haqqında məlumatları bölüşmək olub. Konfransda fotosintez-fotobiologiya qarşılıqlı əlaqəsi, bitki fotobiologiyası, biofizika, biokimya, süni fotosintez və yeni texnologiyalara aid mövzular müzakirə olunub. Konfransda həmçinin gələcək əməkdaşlıq əlaqələri və yeni qrant layihələrindən bəhs edilib. Ülkər İbrahimova konfransda “Şoranlıq şəraitində buğda genotiplərinin fotosintetik effektivliyi və oksidləşdirici stresə reaksiyası” mövzusunda məruzə edib. Əməkdaşımızın çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Ülkər İbrahimova verilən sualları ətraflı cavablandırıb.