MBBİ-nin əməkdaşı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29 tərəflər konfransının Azərbaycan üçün əhəmiyyəti” mövzusunda dəyirmi masada iştirak edib + Foto
Noy 01, 2024 | 15:38 / Konfranslar, iclaslar
Oktyabrın 31-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Biologiya üzrə fəlsəfə doktoru Nahidə Əliyeva YAP Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29 tərəflər konfransının Azərbaycan üçün əhəmiyyəti” mövzusunda dəyirmi masada iştirak edib. N.Əliyeva COP29 tərəflər konfransının əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təbiətin və ətraf mühitin mühafizəsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkə ərazisində yaradılan çoxsaylı təbiət qoruqları, flora və faunaya göstərilən diqqət və qayğı, bu məqsədlə icra edilən çoxsaylı layihələr barədə ətraflı məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən Azərbaycanın endemik fauna növlərinin mühafizəsi və bərpası sahəsində görülən işlərdən geniş bəhs edib.