sa sa 2359
Biokimya ixtisası üzrə dissertasiya işi Elmi seminarda müzakirə olunub + Foto Noy 05, 2024 | 15:54 / Seminarlar

Noyabrın 5-də AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının elmi seminarında Şəmsiyyə Məmmədovanın “Mərcimək (Lens culinaris Medik) və lobya (Phaseolus vulqaris L.) sort nümunələrinin genetik müxtəlifliyinin və biokimyəvi göstəricilərinin qiymətləndirilməsi” mövzusunda 2406.02-“Biokimya” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbərləri biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduza Qurbanova və mərhum biologiya elmləri doktoru, dosent Hacı Şıxlinskidir. Şəmsiyyə Məmmədova dissertasiyanın əsas müddəalarını şura üzvlərinin diqqətinə çatdırıb. Məruzə ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Şəmsiyyə Məmmədovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.