sa sa 1765
Bitki biotexnologiyası laboratoriyasının əməkdaşları Zəfər gününə həsr olunmuş Respublika Elmi-Praktik Konfransda iştirak ediblər + Foto Noy 07, 2024 | 14:18 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Aygün Sadigova, kiçik elmi işçi Xuraman Səfərova və doktorant Vüsalə Cəfərova Azərbaycan Texnologiya Universiteti və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu" mövzusunda Respublika Elmi-Praktik Konfransında iştirak ediblər. Aygün Sadiqova “Tomat (Lycopersicon Esculentum Mill.) explantlarının duz stresi şəraitində in vitro proliferativ cavablarının müxtəlifliyi”, Xuraman Səfərova “Buğdanın kallus kulturasında ferul turşusu və prekursor fenilalaninin birgə istifadəsi” və Vüsalə Cəfərova “Buğdanın morfogen və qeyri-morfogen kallus kulturasında zülaların tədqiqi” mövzusunda apardıqları tədqiqat işlərini təqdim ediblər.