sa sa 2060
27 mart - Elm gününə həsr olunmuş sərgi keçirilmişdir + Foto Mart 27, 2019 | 15:30 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində 27 mart 2019-cu il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İnstitut əməkdaşlarının elmi əsərlərindən ibarət sərgi keçirmişdir. Sərgidə Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, AMEA Botanika institutunun direktoru akademik Validə Əli-zadə,  Fiziologiya İnstitutunun direktoru biologiya elmləri doktoru Ulduz Həşimova iştirak etmişlər. Sərgini açıq elan edən akademik Əhliman Əmiraslanov institutun alimlərinin əməyini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, onların əsərlərinin impakt faktorlu jurnallarda çap olunması elmin inkişafının bariz nümunəsidir. Sərgidə dünya şöhrətli alim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin və bu sahələr üzrə böyük elmi məktəbin qurucusu akademik Cəlal Əliyevin zəngin elmi irsini əks etdirən seçilmiş əsərlər, o cümlədən alimin tələbələrinin Journal of Photochemistry and Photobiology, Nucleic Acids Research, Plant Science, Photosysnthesis Research, Bioinformatics, Planta, Genome, Plant Disease və s. yüksək impakt faktora malik nüfuzlu xarici jurnallarda nəşr olunmuş elmi əsərləri – məqalələri, kitabları, monoqrafiyaları nümayiş etdirilmişdir.