sa sa 475
MBBİ-nin əməkdaşları COP29 çərçivəsində yaşıl zonada keçirilən “Vahid Sağlamlıq Konfransı”nda iştirak ediblər + Foto Noy 20, 2024 | 18:00 / Konfranslar, iclaslar

Noyabr ayının 19-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları, institutun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov, elmi katib, b.ü.f.d. Durna Əliyeva, aparıcı elmi işçilər, b.ü.f.d.-ləri Samirə Rüstəmova, Ulduzə Qurbanova və Nərgiz Sultanova, böyük elmi işçi, b.ü.f.d. Aytən Ağayeva və elmi işçi Əsmər Hüseynova Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq Konfransı”nda iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  sədrinin müavini Zəkiyyə Mustafayeva zoonoz xəstəliklərlə bağlı problemlərin həlli üçün “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya” layihəsinin hazırlandığını diqqətə çatdırıb.

Sonra mövzuya uyğun təqdimatlar olub. Eyni zamanda sözügedən Milli Strategiya üzrə panel müzakirə keçirilib. AQTA-nın, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, ADA Universitetinin, həmçinin bir sıra digər aidiyyəti qurumların, o cümlədən müxtəlif elmi-tədqiqat mərkəzlərinin, universitetlərin nümayəndələrinin iştirak etdiyi müzakirədə Strategiya barədə ətraflı məlumat verilib. Tədbirin işi ilə bağlı sonda yekun müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.