Noyabrın 29-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Iclasda Hesablama struktur biologiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Genomun quruluşu və ekspressiyası, Bioinformatika laboratoriyalarının və həmçinin institutun Həmkarlar Təşkilatının hesabatları dinlənilib. B.ü.f.d., professor Qərib Mürşüdov, b.ü.f.d., dos. Ələmdar Məmmədov, b.ü.f.d., dos. Şahniyar Bayramov və böyük elmi içşi Əminə Abduləzimova 2024-cü ildə laboratoriyalarda aparılan tədqiqatlardan alınan nəticələri şura üzvlərinin diqqətinə çatdırıblar. Məruzəçilər kadr hazırlığı, yerli və beynəlxalq konfranslarda iştirak, nəşr olunan məqalələr haqqında Şura üzvlərinə ətraflı məlumat veriblər. Daha sonra MBBİ-nin Həmkarlar Təşkilatının sədri, b.ü.f.d., dos. Səadət Xudaverdiyevanın illik hesabatı dinlənilib. Çıxışlar ətrafında müzakirələr aparıılıb və hesabatlar yekdilliklə qəbul edilib.