sa sa 4487
MBBİ-də illik hesabatlar davam edir + Foto Dek 04, 2024 | 11:14 / Konfranslar, iclaslar

Dekabrın 3-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. İclasda Bitki biotexnologiyası laboratoriyasının və Molekulyar biomühəndislik, Molekulyar biotexnologiya beynəlxalq laboratoriyalarının və həmçinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatları dinlənilib. Məruzəçilər b.ü.f.d., dos. Mahirə Məmmədova, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, b.ü.f.d. Aytən Ağayeva 2024-cü il ərzində alınan mühüm nəticələr, laboratoriyalarda aparılan kadr hazırlığı, yerli və xarici mətbuatda nəşr olunan məqalələr, elmi ezamiyyətlər və laboratoriya əməkdaşlarının yerli və beynəlxalq tədbirlərdə iştirakı haqqında Şura üzvlərinə məlumat veriblər. Minaxanım Əliyeva institutun imbb.az saytında il ərzində yerləşdirilən məlumatlar və sayta baxış haqqında statistic məlumatları  Şura üzvlərinin diqqətinə çatdırırb. Hesabatlar yekdilliklə qəbul edilib.