sa sa 4482
Elmi şuranın növbəti iclası keçirilib + Foto Dek 05, 2024 | 11:07 / Konfranslar, iclaslar

Dekabrın 4-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. İclasda Bioadaptasiya, Populyasiya genomiksi laboratoriyaları və həmçinin Proteomiks beynəlxalq laboratoriyasının hesabatları dinlənilib. Məruzəçilər b.ü.f.d., dos. Samirə Rüstəmova, b.ü.f.d., dos. Nərgiz Sultanova, b.ü.f.d., dos. Nurməmməd Mustafayev və b.ü.f.d. Aynurə Paşayeva laboratoriyalarda aparılan elmi-tədqiqat işlərinin nəticələri, kadr hazırlığı, elmi ezamiyyətlər, yerli və xarici mətbuatda nəşr olunan məqalələr və laboratoriya əməkdaşlarının elmi ezamiyyətləri və həmçinin yerli beynəlxalq konfranslarda iştirakı haqqında Şura üzvlərinə ətraflı məlumat verib. Təhsil şöbəsinin rəhbəri b.ü.f.d., dos. Samirə Rüstəmova 2024/2025-ci tədris ilində institutun doktoranturasına və dissertanturasına qəbul olunmuş doktorant və dissertantlar haqqında məlumat verib. Gənc alim və mütəxəssislər şurasının rəhbəri b.ü.f.d. Nərgiz Bayramova şuranın 2024-cü ildəki fəaliyyətindən bəhs edib. Sonda hesabatlar yekdilliklə qəbul olunub.