sa sa 3135
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri MBBİ-nin laboratoriyaları ilə tanış olublar + Foto Dek 18, 2024 | 11:01 / Mühüm hadisələr

Azərbaycan Turizm və Menecment Universitetinin “Qida mühəndisliyi ixtisasi” üzrə 3-cü kurs tələbələri müəllimləri dosent Gülnar Məmmədlinin müşaiyəti ilə AR ETM Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. Tələbələr MBBİ-nin Bioadaptasiya, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Bitki biotexnologiyası, Xloroplastların fotokimyası laboratoriyaları ilə tanış olublar. AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktoru Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktoru Taliyyə Orucova, elmi işçilər Turanə İsgəndərova və Günay İsmayılova tələbələrə müasir avadanlıqlar, tədqiqat metodları və laboratoriyalarda aparılan elmi tədqiqat işləri haqqında ətraflı məlumat veriblər.