"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib + Foto ,Video
Dek 23, 2024 | 10:06 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi (ETN) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə elm və ali təhsil üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin təşkilinə dair "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib.
Təlimin açılış nitqi ilə çıxış edən ETN-nin aparat rəhbəri Mətin Kərimli elm, ali və orta ixtisas təhsil müəssisələrində çalışan əməkdaşlar üçün təlimlərin əhəmiyyətini, eləcə də daxili kommunikasiyanın qurulması və böhran kommunikasiyasının düzgün təşkilinin önəmini vurğulayıb.
EATDA-nın direktoru Ülkər Səttarova elm və təhsil müəssisələrinin media ilə iş və ictimaiyyətlə əlaqələr sahəsində prioritet istiqamətləri barədə danışıb və iştirakçıların suallarını cavablandırıb.
Təlimdə ictimaiyyətlə əlaqələr üzrə, həmçinin, media və kommunikasiya üzrə espertlərin maraqlı çıxışları dinlənilib. AR ATN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin baş mütəxəssisi Nərmin Şeydəzadə təlimdə iştirak edib.