AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2024-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların qış imtahan sessiyası çərçivəsində imtahan keçirilmişdir. Dekabrın 22-də Molekulyar biologiya ixtisası üzrə doktorant Səidə Zülfüqarova doktorluq imtahanında iştirak etmişdir. İmtahan “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”-na əsasən institutun baş direktoru akademik İradə Hüseynovanın əmri ilə yaradılmış imtahan komissiyası tərəfindən tərtib edilən biletlər üzrə yazılı və şifahi sorğu üsulu ilə keçirilib. İmtahan uğurla başa çatıb.