MBBİ-nin əməkdaşı Şandonq Kənd Təsərrüfatı Universitetinin dəvət olunan fəxri doktoru sertifikatı ilə təltif olunub + Foto
Dek 27, 2024 | 15:40 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimova 22 oktyabr-19 dekabr tarixlərində Çin Respublikasının Tayan şəhərində elmi ezamiyyətdə olub. Ülkər İbrahimova tədqiqat işləri aparmaq üçün Şandonq Kənd Təsərrüfatı Universitetinə dəvət olunmuşdu. Gənc tədqiqatçı göstərdiyi uğurlu fəaliyyətə görə Universitetin dəvət olunan fəxri doktoru sertifikatı ilə təltif olunub.