sa sa 2193
Böyük nailiyyətlər dövrü Yan 07, 2025 | 12:24 / Nəşrlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının müdiri, REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutunun Suyun fotosintetik oksidləşməsi laboratoriyasının baş elmi işçisi, REA Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Fizika və Texnologiya İnstitutunun professoru, biologiya elmləri doktoru, REA-nın müxbir üzvü, Rusiya Federasiyasının əməkdar elm xadimi Süleyman Allahverdiyevin “Böyük nailiyyətlər dövrü” adlı məqaləsi “Bakinskiy Raboçiy” qəzetində dərc olunub. Azərbaycanlıların Beynəlxalq Həmrəyliyi gününə həsr olunmuş məqalədə alim bütün azərbaycanlıların həmrəyliyinin nə qədər vacib olduğuna xüsusi vurğulayıb. Süleyman Allahverdiyev qeyd edib ki, biz vahid xalqıq və bizim əsas gücümüz birliyimizdədir. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bir-birini dəstəkləməsi, milli adət-ənənələrimizin qorunub saxlanması və inkişafı mədəniyyətimizin və ana dilimizin gələcək nəsillərə çatdırılmasına vəsilə olacaq. Mənim işim və nailiyyətlərim təkcə şəxsi zəhmətin nəticəsi deyil, həm də bütün Azərbaycan xalqının böyük əməyinin bir hissəsidir.