10 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmlər doktoru hazırlığı proqramı üzrə dissertantların attestasiyası keçirilib.İnstitutun Elmi Şura üzvləri qarşısında dissertantlar ötən il ərzində həyata keçirdikləri elmi-tədqiqat işləri barədə hesabat veriblər. İddiaçılar tərəfindən əldə olunan nəticələrin aprobasiyası, beynəlxalq səviyyəli jurnallarda nəşr olunması məsələləri ətraflı müzakirə edilib. Dissertantlar təsdiq olunmuş fərdi iş planlarının icra vəziyyəti nəzərə alınmaqla attestasiya olunublar. İnstitutun baş direktoru, akademik İradə Hüseynova elmlər doktoru proqramında iştirak edən alimlərə dissertasiya işlərini vaxtında tamamlamaları üçün institutun təqdim etdiyi imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.