Yanvarın 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova daha ciddi səylə fəaliyyət göstərmək, elmi-tədqiqatları genişləndirmək, kadr hazırlığına diqqəti artırmaqla Cəlal Əliyev irsini daha da zənginləşdirməyin zəruriliyindən bəhs edib. İclasda institutun əməkdaşlarının 2025-ci il üçün fərdi iş planları müzakirə olunub. Akademik İradə Hüseynova Scopus və Web of Science bazalaına daxil olan məqalə sayına görə tədqiqatçıların mükafatlandırılması haqqında EATDA-nin direktoru Ülkər Səttarovanın 21 yanvar 2025-ci il tarixli 3-29-68/2-118/25 saylı məktubu və 02 Fevral – Gənclər günü münasibəti ilə institutda 29 yaşa qədər gənclər arasında təşkil olunmuş müsabiqə haqqında məlumat verib.