sa sa 1177
Biologiya üzrə elmlər doktoru Yaşar Feyziyevin 65 yaşı tamam olur Fev 10, 2025 | 09:23 / Yubileylər

Fevralın 9-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioenergetika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Yaşar Feyziyevin anadan olmasının 65 ili tamam olur. Alimin elmi fəaliy­yəti bitki, yaşıl yosun və sianobakteriyaların fotosintetik reaksiya mərkəzlərində struktur-funksiya əlaqələrinin öyrənilməsinə, süni fotosintez, ikinci fotosistemdə suyun fotosintetik parçalanması və molekulyar oksigenin ayrılması mexanizmlərinin araşdırılmasına həsr olunub. Alim SSRİ EA Fotosintez və Torpaqşünaslıq İnstitutunda, Isveçin Lund, Yaponiyanın Kwansey Qakuin Universitetlərində, Yaponiyanın RIKEN Fotodinamik Tədqiqatlar Mərkəzində tədqiqatlar aparılmışdır. Yaşar Feyziyev Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının, eynin zamanda institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvü, ingilis dilində nəşr olunan “AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” jurnalının baş redaktorunun müavinidir.

Yubiley münasibətilə Yaşar müəllimi MBBİ kollektivi adından səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi