2025-ci il üçün nəzərdə tutulan mülki müdafiə tədbirləri planına əsasən hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq-toplanış üzrə məşq keçirilmişdir. Məşqin keçirilməsində məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olmuşdur. Məşq zamanı şəxsi heyətin xəbərdarlıq sxemi dəqiqləşdiriilmiş, məşq iştirakçıları ilə metodiki toplantı keçirilmiş və qoyulmuş tapşırıqlar üzrə nəzəri biliklər yoxlanılmışdır.