AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutda doktorant və dissertantlar üçün Biokimya ixtisası üzrə dərslər keçirilir. Martın 14 -də b.e.d., dos. Şahniyar Bayramov "G-zülallar vasitəsi ilə siqnalların ötürülməsi. Adenilat-tsiklaza sistemi. Quanilattsiklaza sistemi. İkincili vasitəçilər (Ca2+, tsiklik AMF, tsiklik QMF) və siqnalların ötürülməsində onların rolu. Sitokinlər" mövzusunda mühazirə oxuyub.