sa sa 2280
Bu gün Ramazan bayramıdır Mart 30, 2025 | 08:00 / Mühüm hadisələr

Ramazan bayramı münasibəti ilə bütün müsəlman aləminə sevinc və barış, qəlblərə şəfa, ruhlara rahatlıq arzulayırıq. Ramazan, həmrəyliyi, paylaşmağı və sevgi dolu münasibətləri gücləndirən, xeyirxah işlər görmək üçün bizə ilham verən bir aydır. Ramazan bayramı, həm də bəşəri dəyərlərimizi, yaşadığımız, birlik və bərabərliyimizi daha da möhkəmləndirdiyimiz bir bayramdır. Bu xüsusi gündə hər birinizə, ailənizlə birlikdə sağlam, xoşbəxt və uğurlu bir həyat arzulayırıq. Ramazan bayramının sevinci ürəklərimizdə daim yaşasın!

Hər birinizə bol bərəkət, sülh və səadət arzulayırıq. Ramazan bayramınız mübarək!