AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktorant və dissertantlar üçün Biokimya və Molekulyar biologiya ixtisasları üzrə dərslər davam edir. Aprelin 10-da b.ü.f.d., dos. Ulduzə Qurbanova "Allosterik fermentlər və onların tənzimləmə mexanizmləri" mövzusunda, aprelin 11-də isə b.e.d., dos. Şahniyar Bayramov “Zülallar, onların quruluşu və foldinqi" mövzusunda mühazirələr oxuyublar.