sa sa 2261
İnstitutun əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi Konfranslarında iştirak etmişlər. + Foto Apr 19, 2019 | 14:40 / Konfranslar, iclaslar

15-19 aprel tarixlərində Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi Konfransları keçirilmişdir. Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına  gül dəstəsinin qoyulması ilə başlandı.  Konfransı giriş sözü ilə BANM-ın rektoru Elmar Qasımov açıq elan edərək tədbir iştirakçılarına uğurlar arzuladı və konfransın mövzusu haqqında qısa olaraq məlumat verdi.  Konfransda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstititutunun direktoru, akademiyanın vitse prezidenti İradə Hüseynova və institut əməkdaşları da iştirak etmişdilər. Akademik İradə Hüseynova öz fikirlərini gənclərlə bölüşərək belə tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirdi. İ.Hüseynova ölkəmizdə gənclər siyasətinin yüksək səviyyədə keçirildiyini qeyd etdi.Plenar məruzələrdən sonra tədbir bölmə iclasları ilə davam etdirildi. İnstitutumuzu təmsil edən əməkdaşlardan Aytən Ağayeva, Səmra Mirzəyeva, Nərgiz Bayramova, Aynurə Paşayeva , Aysu-Şövkət Həsənova ,Gülmirə Əlibəyova , Aygül Sadıqzadə öz təqdimatları ilə çıxış etdilər. İnstitutun gənc tədqiqatçılarının çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Öz çıxışlarına görə Səmra Mirzəyeva birinci yerə, Nərgiz Bayramova ikinci yerə layiq görüldü. Aytən Ağayeva və Aysu-Şövkət Həsənova həvəsləndirici mükafatla təltif edildi.