25 aprel tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ED 1.25 Dissertasiya Şurasının iclası keçirilib. İclasda institutun sabiq doktorantı Naimə Namaz qızı Niyazovanın 2406.02 – Biokimya ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tomat sortlarının (Solanum licopersicum L.) quraqlıq stresi, rehidratasiya və potensial biostimulyatorların təsirinə cavab reaksiyalarının tədqiqi” mövzusunda dissertasiya işinin yekun müdafiəyə buraxılması üçün təqdimatı keçirilmiş, müdafiə günü və rəsmi opponentləri təyin edilmişdir.