sa sa 1887
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bukleti çapdan çıxıb Apr 26, 2025 | 10:00 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması, təşəkkül və inkişaf tarixi, elmi potensialı, nailiyyətləri, strukturu, şöbə və laboratoriyaları, alim və mütəxəssisləri haqqında məlumatları əks etdirən buklet Azərbaycan və ingilis dillərində nəfis şəkildə çapdan çıxmışdır. Bukletdə kadr hazırlığında qazanılmış mühüm uğurlar, institutda və dünyanın aparıcı ölkələrində doktoranturada təhsil alan, təcrübə keçən, həmçinin hazırda öz fəaliyyətini Azərbaycanda və xarici ölkələrdə uğurla davam etdirən gənc alim və mütəxəssislər haqqında məlumatlar da yer almışdır.