sa sa 2097
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçdikləri istehsalat təcrübəsinin hesabatı keçirilmişdir. + Foto Apr 18, 2019 | 14:48 / Mühüm hadisələr

18 aprel tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri keçdikləri  istehsalat təcrübəsi  haqqında öz təqdimatları ilə çıxış etmişlər. Tədbirdə həmçinin BDU-nun Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova da iştirak etmişdir. Tədbiri giriş sözü ilə Molekulyar Biologiya və Biotexnalogiyalar  İnstitutunun direktoru akademik İradə Hüseynova açmışdır. O, dövlət başçımızın elmə göstərdiyi diqqəti xüsusi qeyd edərək gənclərimizə elm yolunda uğurlar arzuladı. İradə Hüseynova bildirmişdir ki,  artıq 2-ci  ildir ki, BDU-nun tələbələri bizim institutumuzda elmi praktika keçirlər. O qeyd etdi ki, bu ənənə hələ keçən əsrin 70-ci illərindən akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Daha sonra akademiyanın müxbir üzvü  İbrahim Əzizov gəncləri təbrik edərək onlara öz tövsiyyələrini verdi. Tədbiri BDU-nun Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova institutun rəhbərliyinə və tələbələrin istehsalat təcrübələri keçmələri üçün şərait yaradan və onlara dəstək olan alimlərə öz təşəkkürünü bildirdi və sözü tələbələrə verdi. Tədbirin ilk günü Biodaptasiya və Genomun quruluşu və ekspressiyası laboratoriyalarında təcrübə keçmiş tələbələr çıxış edərək verilən sualları cavablandırdılar. Tədbir digər laboratorilayalarda təcrübə keçən tələbələrin çıxışları ilə sabah davam edəcək.