sa sa 573
MBBİ-nin əməkdaşları Ucar rayonunda elmi ezamiyyətdə olublar + Foto May 07, 2025 | 12:23 / Ezamiyyətlər

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xlororplastların fotokimyası laboratoriyasının müdiri AMEA-nın müx. üzvü İbrahim Əzizov, laboratoriyanın baş elmi işçisi b.e.d.  Atabəy Cahangirov, aparıcı elmi işçi, b.ü.f.d, dos.  Mayaxanım Xanışova, elmi işçi Könül Tağıyeva AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq məntəqəsində elmi ezamiyyətdə olublar. Ucar DM-in şoranlaşmış təcrübə sahəsində əkilmuş buğdanın hibrid və valideyn formalarına sünbülləmə mərhələsində fenoloji baxış keçirilmiş və bitkilərin inkişaf səviyyəsi qiymətləndirilmişdir. Növbəti analizlər üçün bitki nümunələri götürülmüşdür.