sa sa 1907
MBBİ-nnin əməkdaşları "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində iştirak edirlər + Foto May 14, 2025 | 13:00 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nümayəndələri Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") iştirak edirlər. Qeyd edək ki, sərgilərdə 31 ölkəni 450 şirkət təmsil edir. Tədbirə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər.