sa sa 5532
AR ETN Molekulyar Biologiya Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub May 14, 2025 | 14:00 / Nəşrlər

AR ETN Molekulyar Biologiya Biotexnologiyalar İnstitutu və Türkiyənin Akdeniz Universitetinin əməkdaşlarının həmmüəllif olduqları “Nicotiana benthamiana bioreaktorunda qida maddələri ilə təminatın, işıq və rütubətin optimallaşdırılması vasitəsilə rekombinant zülal istehsalının artırılması” adlı məqaləsi “European Journal of Biology” (İF-3,2) jurnalında nəşr olunub. Məqalənin müəllifləri MBBİ-nun Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və həmin laborotoriyanın elmi işçisi Aysu Şövkət Həsənova və keçmiş magistrant Günel Yusifovadır.