sa sa 2334
İnstitutun əməkdaşı Fransanın Strasburq şəhərində iclasda iştirak edib + Foto İyn 06, 2017 | 10:04 / Konfranslar, iclaslar

Azərbaycan Milli Bioetika Komitəsi Avropa Şurasının Bioetika Komitəsinin 11-ci iclasında təmsil edilmişdir. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Milli Bioetika Komitəsinin elmi katibi b.ü.f.d. Gülnarə Balakişiyeva  Avropa Şurasının Bioetika komitəsinin 6-8 iyun 2017-ci il tarixində Fransanın Strasburq şəhərində keçirilən 11-ci iclasında iştirak etmişdir.  Avropa şurasına daxil olan 47 ölkənin nümayəndələrinin iştirak etdiyi iclasda Oviedo konvensiyasının ratifikasiyasının vacibliyi vurğulanmış, konvensiyanın bir sıra müddəaları, insan hüquqları və biotibb, insan toxumalarının və orqanlarının transplantasiyası, biotibbi tədqiqatlar və sağlamlığın qorunması məqsədləri üçün genetik testlərin aparılmasına dair protokolların,  uşaq hüquqları, psixi pozğunluğu olan şəxslərin məcburi müalicəsi baxımından onların hüquqlarının qorunması məsələlərinin müzakirəsi həyata keçirilmişdir. İclasda eləcə də, Bioetika Komitələrinin üzvlərinə digər komitələrlə sıx əlaqə yaratmaq tövsiyyə edilmişdir.