sa sa 2151
Elmi şuranın növbəti iclası keçirildi + Foto Apr 18, 2019 | 15:38 / Konfranslar, iclaslar

AMEA Molekulyar Biologiya və Biotexnalogiyalar İnstitutunun Elmi Şurasının 18 aprel 2019-cu il tarixli yiğıncağının 5 saylı iclası keçirildi.İclasda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə AMEA-nın disertanturasına qəbulun nəticələri haqqında məlumat verildi. Tədbirdə həmçinin institutun Bitki biotexnalogiyası laborotoriyasının 2-ci kurs magistrantı Fidan Əlisoyun Magistr-2019 müsabiqəsinin qalibi olduğu qeyd edildi.2020-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına və dissertanturasına qəbul üçün yerlərin sifarişi haqqında məlumat verildi.

Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Samirə Rüstəmovanın Almaniyanın Bonn Universitetinə;
Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Gülnar Abdullayevanın Oksford Universitetinə;
Proteomiks laboratoriyasının elmi işçisi Aynurə Paşayevanın Cənubi Koreyanın Pusan Milli Universitetinə ezam olunması ilə bağlı məsələlər və digər təşkilati məsələlər müzakirə olundu.