sa sa 5089
MBBI-nin Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Günay İsmayılovanın dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto May 29, 2025 | 10:00 / Seminarlar

Mayın 27-də AR ETN Mikrobiologiya İnstitutunda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki Biotexnologiyası laboratoriyasının elmi işçisi Günay İlman qız İsmayılovanın “İn vitro şəraitində təcrid edilmiş buğda kulturasında epigenetik dəyişikliklərin tədqiqi” mövzusu üzrə elmi seminarının müzakirəsi keçirilmişdir. 2422.01–“Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işinin elmi rəhbərləri b.ü.f.d. Tofiq Qaragözov və b.ü.f.d. dosent Mahirə Məmmədova, rəyçiləri AR ETN Mikrobiologiya İnstitutunun “Eksperimental mikologiya” laboratoriyasının müdiri, b.ü.f.d. dosent İradə Babayeva, böyük elmi işçi b.ü.f.d. Vüsalə İsayevadır.Günay İsmayılova dissertasiyanın əsas məqamlarını şərh etmiş və mövzu ilə bağlı müzakirələr aparılmışdır. Şura üzvləri tərəfindən iddiaçıya öz rəy və fikirləri bildirilərək işin mövzusunun müasirliyi, aktuallığı, həmçinin elmi və praktik əhəmiyyəti vurğulanmışdır. Səsvermənin nəticəsi əsasında Günay İsmayılovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması qərara alınmışdır.