AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların yay imtahan sessiyası çərçivəsində imtahanlar keçirilmişdir. İyunun 4-də 2406.02 – Biokimya ixtisası üzrə ikinci ilin doktorantı Mehriban Sakit qızı Şabanova və 2415.01 - Molekulyar biologiya ixtisası üzrə doktorant Lalə Əhməd qızı Axundova doktorluq imtahanlarında iştirak ediblər. İmtahan “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”-na əsasən tərtib edilmiş biletlər üzrə yazılı və şifahi sorğu üsulu ilə keçirilib. İddiaçılar institutun baş direktoru akademik İradə Hüseynovanın sədrliyi ilə yaradılmış müvafiq komissiyalar qarşısında cavab veriblər. İmtahanlar uğurla başa çatıb.