sa sa 2621
Özbəkistanlı alimlər MBBİ-nin qonağı olublar + Foto İyn 04, 2025 | 15:11 / Mühüm hadisələr

İyunun 4-də Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Qabaqcıl Texnologiyalar Mərkəzinin əmməkdaşları AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. Qabaqcıl Texnologiyalar Mərkəzinin Biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Mirakbar Yakubov, Özbəkistan Elmlər Akademiyası Nəbatat Bağının Biotexnologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Feruza Mustafina, elmi işçilər Hanifabanu Jurayeva və Vazira Ahmedova MBBİ-nin laboratoriyalarının maddi-texniki bazası və aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Görüş zamanı İnstitutlar arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.