Azərbaycanlı alimlərin buğdada yarpaqların quraqlıqla induksiya olunan qocalma mexanizmləri üzrə tədqiqatı beynəlxalq elmi nəşrdə dərc olunub
İyn 04, 2025 | 18:48 / Nəşrlər
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar Institutunun əməkdaşları b.ü.f.d., dos. Samirə Rüstəmova, b.ü.f.d., dos. Durna Əliyeva, Turanə İsgəndərova və akademik İradə Hüseynovanın həmmüəllif olduqları “Leaf Senescence in Wheat (Triticum aestivum L.) Triggered by Drought Stress” adlı kitab fəsli “Agricultural Sciences: Techniques and Innovations. Vol. 2” adlı beynəlxalq topluda çap olunub (ISBN: 978-93-49970-01-4, DOI: 10.9734/bpi/asti/v2/5336). Kitab fəslində bərk və yumşaq buğdanın quraqlıq stresinə davamlı və hassas genotiplərində stress şəraitində yarpaqlarda qocalma prosesinin molekulyar-genetik, biokimyəvi və fizioloji mexanizmləri kompleks şəkildə tədqiq olunub. Kitab beynəlxalq “Book Publisher International” nəşriyyatı tərəfindən çap olunmuşdur və tədqiqatçılar üçün açıq istifadə şəklində təqdim olunmuşdur.