Qurban bayramınız mübarək!
İyn 06, 2025 | 08:00 / Mühüm hadisələr
Sizi müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik! İslam aləmində xüsusi önəmə malik bu mübarək bayram həmrəyliyin, mərhəmətin və paylaşmağın rəmzidir. Bu əziz günlərdə ailələrinizə sevinc, süfrələrinizə ruzi-bərəkət, qəlblərinizə dinclik və xoşbəxtlik arzulayırıq.
Qoy bu müqəddəs bayram hər biriniz üçün yeni ümidlərin, daha böyük uğurların və mənəvi zənginliyin müjdəçisi olsun. Allah kəsilən qurbanlarınızı, edilən dualarınızı qəbul etsin!
Hər birinizi Qurban bayramı münasibətilə təbrik edir, can sağlığı, əmin-amanlıq və rifah arzulayırıq.
Bayramınız mübarək!