Çin, ABŞ və Rusiyadan olan üç alim Beynəlxalq “Qlobal Enerji” mükafatının laureatları oldular
İyl 09, 2025 | 17:00 / Maraqlı məlumatlar
İyunun 9-da, Krasnoyarsk – “Qlobal Enerji” mükafatı üzrə Beynəlxalq Komitə 2025-ci il üçün qaliblərin adlarını açıqlayıb.
“Ənənəvi energetika” nominasiyasında qalib, elektroenerjinin yüksək və ultra yüksək gərginliklə ötürülməsi texnologiyalarının inkişafına görə, Tsinxua Universitetinin (Çin) professoru, Yüksəkgərginlik Texnologiyaları Elmi-Tədqiqat İnstitutunun rəhbəri Tszinlyan Xe olub.
“Qeyri-ənənəvi energetika” nominasiyasında isə ilk dəfə olaraq mükafat bir qadına – Kaliforniya Universitetinin (Los-Anceles, ABŞ) professoru və kafedra müdiri Yu Xuanqa veriləcək. O, yanacaq elementlərinin rentabelliyini, dayanıqlığını və məhsuldarlığını əhəmiyyətli dərəcədə artıran katalizatorların hazırlanması sahəsindəki yenilikçi kəşflərinə görə təltif olunacaq.
Rusiya alimi, Rusiya Elmlər Akademiyasının Elektrofizika və Elektroenergetika İnstitutunun elmi rəhbəri Vladislav Xomiç “Enerjinin yeni tətbiq üsulları” nominasiyasında qalib gəlib. O, plazma texnologiyaları və impuls enerjisi sahəsində fundamental tədqiqatlara, onların hazırlanması və yaradılmasına verdiyi böyük töhfəyə görə mükafatlandırılacaq.