B.e.d. Şahniyar Bayramov İspaniyada elmi ezamiyyətdə olub
Avg 13, 2025 | 12:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biolgiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, b.e.d., dosent Şahniyar Bayramov 13 may-1 avqust 2025-ci il tarixlərində İspaniya Milli Elmi Tədqiqat Şurasının Qranada şəhərində yerləşən Zaidin Elmi Tədqiqat Mərkəzində elmi ezamiyyətdə olub. O, Molekulyar biologiya, antioksidantlar və azot oksidi mübadiləsi laboratoriyasında aparılan tədqiqatlarda sedum bitkisində fototənəffüs, antioksidant sistemi və oksidləşdirici pentozaoksid tsiklinin bəzi fermentlərini öyrənib. Sedum bitkisinin yarpaqları üzərində aparılan tədqiqatlarda işıq mikroskopu istifadə edilib. Ezamiyyətdə olduğu müddətdə Ş. Bayramov bir çox xarici ölkə alimləri ilə görüşüb və gələcək birgə tədqiqatların perspektivi müzakirə edilib.