sa sa 2593
MBBİ-nin əməkdaşı KEEN Oxford təşkilatının medalı ilə təltif olunub Avg 26, 2025 | 13:00 / Mühüm hadisələr

Hazırda Oksford universittində postdok vəzifəsində çalışan MBBİ-nin kiçik elmi işçisi Gülnar Abdullayeva KEEN Oxford təşkilatı tərəfindən medal ilə təltif olunub. Gülnar Abdullayeva 2022-ci ildən KEEN Oxford təşkilatında könüllü olaraq fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi xüsusi məhdudiyyətli, fiziki və öyrənmə çətinlikləri olan insanların cəmiyyətə daha rahat inteqrasiyasına dəstək göstərməkdir. KEEN Oxford həm sosial, həm idman, həm də yaradıcı fəaliyyətləri əhatə edən inklüziv bir mühit formalaşdırır. Mükafat Gülnar Abdullayevaya bu təşkilatda aktiv fəaliyyətinə görə Olimpiya Günü tədbirində təqdim olunub.