MBBİ-nin əməkdaşı Avropa Kristalloqrafiya konfransında iştirak edib + Foto
Sen 02, 2025 | 22:00 / Konfranslar, iclaslar
25–29 avqust 2025-ci il tarixində Poznan şəhərində Avropa Kristalloqrafiya Konfransı (ECM25) keçirilib. AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Kave Babai konfransda iştirak edib. O, tədbirdə “Metal-koordinasiya məhdudiyyətləri ilə makromolekulyar strukturun dəqiqləşdirilməsinin təkmilləşdirilməsi” mövzusunda tədqiqat işini və uyğun MetalCoord proqramını təqdim edib. K.Babai həmçinin çoxsaylı elmi sessiyalarda iştirak edərək müasir nailiyyətlərlə tanış olub. Eyni zamanda gələcək əməkdaşlıqlar üçün müzakirələr aparılıb.