sa sa 1993
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib + Foto Sen 10, 2025 | 10:33 / İmtahanlar

Sentyabrın 9-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 2422.01 – Biotexnologiya (o cümlədən, bionanotexnologiyalar) ixtisası üzrə qəbul imtahanı keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynovanın 5 sentyabr 2025-ci il tarixli 254 saylı əmri ilə yaradılmış imtahan komissiyası qarşısında iddiaçı Aygün Mustafazadə ənənəvi qaydada imtahan verərək, komissiya üzvlərinin suallarını cavablandırıb. İmtahan uğurla başa çatıb.