sa sa 1582
İCARDA ekspertlərinin rəhbərliyi ilə MBBİ-də biostatistika üzrə təlim kursu başlayıb + Foto Sen 22, 2025 | 13:51 / Dərslər

Sentyabrın 22-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ICARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) ilə birgə əməkdaşlıq çərçivəsində Biostatistika üzrə təlim kursu başlayıb. Kursun məqsədi gənc tədqiqatçıları R proqramlaşdırma dili və bitki genetikasının əsas anlayışları ilə tanış etməkdir. İCARDA-nın Bioinformatika bölməsinin nümayəndəsi, bioinformatika və biomühəndislik sahəsində mütəxəssis olan Tamara Ortiz tərəfindən aparılan təlim sentyabrın 26-na kimi davam edəcək.