sa sa 1557
MBBİ-nin əməkdaşlarının məqaləsi nüfuzlu Pediatric Surgery International jurnalında nəşr olunub Sen 23, 2025 | 09:00 / Nəşrlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova və institutun dissertantı İlhamə Cəfərlinin London İmperial Kollecinin əməkdaşları ilə həmmüəllif olduqları “Hipospadiya ilə doğulan uşaqların sünnət dərisində androgen reseptorunun ekspressiyası: sistematik icmal” adlı məqalə nüfuzlu (İF 1.6) Pediatric Surgery International jurnalında nəşr olunub.