sa sa 1545
MBBİ əməkdaşları üçün ödənişsiz göz müayinəsi həyata keçirilib + Foto Sen 23, 2025 | 19:16 / Mühüm hadisələr

Sentyabrın 22-də Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının peşəkar həkim-oftalmoloq heyəti tərəfindən AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları üçün ödənişsiz göz müayinəsi həyata keçirilib. Səyyar Klinikasının peşəkar həkim-oftalmoloq heyəti tərəfindən əməkdaşların görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması məqsədilə onların göz təzyiqi və refraksiya (miopiya, hipermetropiya, astiqmatizm) anomaliyaları yoxlanılıb, zəruri məsləhətlər və tövsiyələr verilib, ehtiyacı olanlar müvafiq istiqamətdə yönləndiriliblər.