 Gənclər Hərbi Qənimətlər Parkını ziyarət ediblər  + Foto  
Sen 26, 2025 | 11:28 / Tədbirlər
Gənclər Hərbi Qənimətlər Parkını ziyarət ediblər  + Foto  
Sen 26, 2025 | 11:28 / Tədbirlər
Sentyabrın 25-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc alim və mütəxəssislər şurasının nümayəndələri 27 Sentybar-Anım Günü münasibətilə Vətənimizin qəhrəmanlıq tarixini yaşadan Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Gənclər 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun döyüş meydanında düşməni darmadağın edərək əldə etdiyi qələbələrin canlı sübutu olan hərbi qənimətlərlə tanış olublar. Burada nümayiş etdirilən texnika və silahlar xalqımızın yenilməz ruhunu, müzəffər Ordumuzun qüdrətini və igid əsgərlərimizin fədakarlığını bir daha nümayiş etdirir. Parkda 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika — tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri və müxtəlif atıcı silahlar sərgilənir. Düşmənin məğlubiyyətini əyani göstərən 10 səddən ibarət müdafiə sistemi, hərbi kazarmalar, sığınacaqlar və digər istehkam nümunələri də burada ziyarətçilərə təqdim olunur. Bu park təkcə hərbi qənimətlərin sərgiləndiyi məkan deyil, həm də xalqımızın Zəfər yolunu, şəhidlərimizin müqəddəs xatirəsini və Azərbaycan Ordusunun şücaətini yaşadan müqəddəs bir yaddaş məkanıdır. Gənclərin burada olması, onların Vətən sevgisini daha da möhkəmləndirir, qazandığımız tarixi qələbənin böyüklüyünü dərindən hiss etməyə imkan yaradır.