sa sa 5803
MBBİ-nin əməkdaşları Hərbi Memorial Məzarlığında şəhidlərin əziz xatirəsini yad ediblər + Foto Sen 29, 2025 | 12:00 / Tədbirlər

Sentyabrın 29-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və institut əməkdaşları Hərbi Memorial Məzarlığını ziyarət ediblər. Ziyarət zamanı şəhid məzarları üzərinə gül dəstələri düzülüb, onların müqəddəs ruhuna dualar oxunub, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsi dərin hörmət və ehtiramla yad edilib.