RMIT Universitetinin professoru AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub + Foto
Sen 23, 2025 | 21:00 / Görüşlər
Sentyabrın 19-da Avstraliyanın RMIT Universitetinin professoru Aydın Muradov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət edib. RMIT Universiteti (Royal Melbourne Institute of Technology) Melburn şəhərində yerləşən, beynəlxalq səviyyədə tanınmış dövlət universitetidir. Bu universitetdə biotexnologiya, mikrobiologiya, dəniz elmləri və ətraf mühitin ekotoksikologiyası istiqamətində qabaqcıl tədqiqatlar aparılır. Qonaq institutun maddi-texniki bazası, laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub. Görüş zamanı gələcək əməkdaşlıq imkanları və birgə layihələr müzakirə edilib.